
Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski, oğlu Mutvalı Şıxlinski, Səfərov qardaşları və Şücaəddin Rəcəbovun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar rollarından asılı olaraq, qətl, qətlə cəhd, qətldə iştirak, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq kimi bir sıra ağır maddələr üzrə ittiham olunurlar.
İlkin dinləmə qapalı keçirildiyindən onların qohumları məhkəməyə buraxılmayıb. Vəkillər Şıxlinski və digərləri üçün andlılar məhkəməsinin keçirilməsini istəyiblər.
Məhkəmənin növbəti - əsas iclası 2026-cı ilin 15 yanvarına təyin olunub.
Qeyd edək ki, ittiham olunan şəxslər təqsirli olmadıqlarını bəyan edirlər.
Xatırladaq ki, bu il iyunun 26-da Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib. Saxlanılma zamanı hər ikisi aldıqları xəsarətlərdən həyatını itirib. Onların qohumları həbs olunublar. Daha sonra Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mutvalı Şıxslinski həbs ediliblər.