"ASAN xidmət" işçilərinin peşə bayramıdır

Dekabrın 29-u "ASAN xidmət" işçilərinin peşə bayramıdır.

 

Senzor.az xatırladır ki, Prezident İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, 2017-ci il dekabrın 29-da hər il həmin günün ölkəmizdə "ASAN xidmət" işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb.

 

"ASAN xidmət" ölkəmizdə ictimai xidmətlər sahəsində köklü dəyişikliklərə səbəb olub. İlkin mərhələdə bu konsepsiya ölkə daxilində vətəndaş-dövlət qurumu münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasını nəzərdə tuturdusa, indi o, ölkə hüdudlarından kənarda da uğurla tətbiq olunur. Bir sıra dövlətlər Azərbaycanın uğurlu "ASAN xidmət" təcrübəsindən yararlanır.

 

Bir məkanda bir neçə məsələnin həll edilməsi, əlavə xərcə düşməmək, vaxt itkisinin minimuma endirilməsi "ASAN xidmət"i fərqləndirən ən başlıca xüsusiyyətlərdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu xidmətin uğur qazanmasının əsas sirlərindən biri milli cəmiyyətin xüsusiyyətlərinin nəzərə alınmasıdır. Burada xüsusi fəaliyyət normaları tətbiq olunur. "ASAN xidmət" dünyada bu qəbildən olan yeganə strukturdur və milli intellektual brenddir.

 

Bu il "ASAN xidmət" mərkəzləri fəaliyyətini uğurla davam etdirib və xidmət şəbəkəsini genişləndirib. Hazırda ölkəmizdə 28 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si paytaxtda, digərləri bölgələrdədir.

 

Prezident İlham Əliyevin sərəncamları ilə "ASAN xidmət"in funksiyaları ilbəil genişləndirilir. "Azərişıq", ADSEA və "Azəriqaz" tərəfindən xidmətlərin təqdim olunduğu "ASAN Kommunal", eləcə də "ASAN Viza", "ABAD" mərkəzləri bu sıradandır.

 

2019-cu ilin may ayında "ASAN xidmət" mobil tətbiqi istifadəyə verilib. Mobil tətbiqin əsas məqsədi vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq və "ASAN xidmət" mərkəzlərinin idarə edilməsində effektivliyi artırmaqdır.

 

"ASAN xidmət"in işçi heyətinin əksəriyyəti gənclərdən ibarətdir və fəaliyyət göstərdiyi on il ərzində minlərlə könüllü bu konsepsiyanın ayrılmaz hissəsinə çevrilib. Hazırda 30 mindən çox könüllü "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərir. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə həyata keçirilib və 2700-dən çox könüllü "ASAN Kadr" portalı vasitəsilə işlə təmin olunub.

 

Mərkəzlərdə dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-dən çox müxtəlif xidmət göstərilir. İndiyədək "ASAN xidmət" mərkəzlərində 90 milyondan çox müraciət qeydə alınıb.

 

Rəy sorğularına əsasən, vətəndaşların məmnunluq əmsalı 99,9 faiz təşkil edir.

 

Dövlət xidmətləri sahəsində müasir texnologiyaların, innovasiyaların tətbiqini həyata keçirən bir qurum olan “ASAN xidmət” süni intellekt həlləri vasitəsilə vətəndaş məmnunluğunun daim 100 faizə yaxın olmasını hədəfləyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.