
İstanbulda yanvarın 12-nə gözlənilən qeyri-sabit hava şəraitinə görə 78 uçuş ləğv edilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türk Hava Yolları (THY) və "AJet" şirkətlərinin yaydığı açıqlamada qeyd olunub.
Aviaşirkətlərdən bildirilib ki, ləğv olunan uçuşların 54-ü İstanbul Hava Limanına (THY), 24-ü isə Sabiha Gökçen Hava Limanına ("AJet") aiddir.
Xatırladaq ki, İstanbulda qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə yanvarın 12-si tətil elan edilib.