
Yanvarın 13-də Biləsuvar rayonunda zəlzələ baş verib.
Senzor.az bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, maqnitudası 3,4 olan zəlzələ yerli vaxtla saat 10:53-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 18 kilometr olub.