Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” Vətənə qayıtdı – TURNİR CƏDVƏLİ
YENİLƏNİB, VİDEO/ FOTO


UEFA Çempionlar Liqasının pley-off mərhələsinə ilk dəfə vəsiqə qazanan “Qarabağ” Vətənə qayıdıb.

 

Senzor.az bildirir ki, komanda üzvlərini Heydər Əliyev Beynəlxalq Aeroportunda azarkeşlər, media nümayəndələri və futbolçuların yaxınları qarşılayıblar.

 

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin əsas mərhələsinin sonuncu turunda İngiltərədə “Liverpul” klubuna 0:6 hesabı ilə məğlub olub.

 

Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub. 


Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq.

 

Fotoqrafımız Pərvin Zeynalın lentə aldığı həmin görüntüləri təqdim edirik:


**01:55

 

“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.

 

Senzor.az bildirir ki, Azərbaycan çempionu liqa mərhələsinin VIII turunda İngiltərədə “Liverpul”un qonağı olub. “Enfild” stadionunda təşkil olunan qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

 

“Mersisayd” təmsilçisinin heyətində qolları Aleksis Makallister (2), Florian Virts, Məhəmməd Salah, Uqo Ekitike və Federiko Kyeza vurublar.

 

Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub. 

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq.

 

**10:02(28.01.2026)


"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin "Liverpul" klubu ilə üz-üzə gələcək.

 

Senzor.az bildirir ki, qarşılaşma "Enfild" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

 

Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.

 

Xatırladaq ki, Mersisayd təmsilçisi hazırda 15 xalla 4-cü pillədə qərarlaşıb. "Qarabağ" 10 xalla 18-ci sıradadır.

 

Yeri gəlmişkən, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Liverpul şəhərində “Enfild” stadionunda dünən keçirilən mətbuat konfransında bildirib ki, bu cür böyük oyunlar bir imtahandır və bu səbəbdən həm də böyük məsuliyyət tələb edir: “Çox sınaqlarımız olub və şükürlər olsun ki, indiyədək bu sınaqlardan pis çıxmamışıq. Sabah da daha yaxşı nəticə əldə etmək şansımız var. Əgər indiyədək əldə etdiyimiz nəticələrdən daha yaxşısını qazanmaq imkanımız varsa, bu həm sınaqdır, həm imtahandır, həm də ciddi məsuliyyətdir. Bu qarşılaşma həmin imtahanlar arasında ən yüksək səviyyədə olanlardan biridir. Biz “Liverpul”a qarşı həddindən artıq diqqətli olmalıyıq”.

 

Təcrübəli mütəxəssis hər oyuna real yanaşmağın vacibliyini də vurğulayıb: “Hər oyuna real baxmaq lazımdır. Daha məsuliyyətli, daha çox diqqət mərkəzində olan qarşılaşmaların içinə giririk. Ola bilsin, nəticə istədiyimiz kimi olmasın. Amma hər iki halda bu oyunlar çox danışılacaq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.