
Dubaydan Moskvaya uçan 33 yaşlı Azərbaycan vətəndaşı Vnukovo hava limanında saxlanılıb.
APA xəbər verir ki, Azərbaycan vətəndaşı özü ilə 18,5 milyon rubl dəyərində brilyantlarla bəzədilmiş platin və qızıl ərintili beş ədəd üzük gətirdiyinə görə saxlanılıb.
Üzüklər gömrükdə yoxlama zamanı aşkar edilib.
Bildirilir ki, zərgərlik əşyaları müsadirə edilib və azərbaycanlı qadın hazırda qaçaqmalçılıqda ittiham olunur. Onu beş ilə qədər həbs və ya bir milyon rubla qədər cərimə gözləyir.