
Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri anım günü münasibətilə Rəsulzadənin məzarını ziyarət ediblər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə səfirliyin sosial media hesabında məlumat paylaşılıb.
"Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, böyük dövlət xadimi Məhəmməd Əmin Rəsulzadəni vəfatının 71-ci ildönümündə məzarı başında rəhmət və ehtiramla yad etdik. Ruhu şad, məkanı cənnət olsun", - məlumatda qeyd edilib.
