
Bu gün Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 488 ton olan 7 vaqon taxıl göndərilib.
Senzor.az bildirir ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə tranzit qaydada ümumilikdə 302 vaqonla 21 min tondan çox taxıl daşınıb.
Bununla yanaşı, eyni marşrut üzrə 610 ton gübrə də daşınıb ki, bu da 9 vaqon vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı fevralın 4-də yola salınmışdı.