Zori Balayan öldü

Erməni terrorunun məşhur ideoloqlarından biri, yazıçı, ictimai xadim Zori Balayan 92 yaşında ölüb.

 

Bu barədə məlumatı KİV-ə onun oğlu Hayk Balayan verib.

 

O, ermənilər arasında daha çox 80-ci illərin əvvəllərində yazdığı “Ocaq” əsəri ilə məşhurlaşmışdı. Həmin kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, kitabda həmçinin türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. 

 

Z.Balayan eyni zamanda Xocalı soyqırımının təşəbbüskarlarındandır.

 

1988-ci ildə Zori Balayan digər erməni ideoloqu Silva Kaputikyanla birgə Moskvada SSRİ prezidenti Mixail Qorbaçovla görüşərək, ondan “Qarabağ məsələsini” Ermənistanın xeyrinə həll etməyi istəmişdi.

 

Zori Balayan 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi kimi də tanınırdı.

 

Bununla əlaqədar Zori Balayana Azərbaycanda cinayət işi açılmışdı.

 

2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyada beynəlxalq axtarışda olan şəxs kimi saxlanıldıqdan 4 saat sonra sərbəst buraxılmışdı.(“Qafqazinfo”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.