Bakıda xüsusi internat məktəbinin yataqxanasında yanğın olub - VİDEO

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın baş verib.

 

Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

 

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində binanın dəhlizində yığılmış geyim əşyaları 5 kv.m. sahədə, 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dolab yanıb, 1 ədəd dolab və pilləkən qəfəsi 5 kv.m. sahədə deformasiya olub.

 

Yataqxana binası yanğından mühafizə olunub, xəsarət alan olmayıb.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.