
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə gdib.
Senzor.az bildirir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstan və Türkiyə xarici işlər nazirləri ilə üçtərəfli görüşdə iştirakı və çıxışı, habelə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.