
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri İyunun 23-də başa çatıb.
Senzor.az bildirir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu yola salıb.


Onu da qeyd edək ki, Sərdar Berdiməhəmmədov yola düşməzdən əvvəl prezidentlər Şuşada birgə nahar ediblər.
