
Milli Məclisin (MM) növbədənkənar sessiyasının növbəti iclası başlayıb.
Senzor.az bildirir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyində "Metrik Konvensiya"nın ratifikasiyası, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi daxil olmaqla, ümumilikdə 14 məsələ var.