
Türkiyənin İstanbul şəhərində yağan güclü leysan gündəlik həyata ciddi təsir göstərib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, şəhərin bir çox küçə və prospekti su altında qalıb, alt keçidləri su basıb, kanalizasiya quyuları daşıb.
Nəticədə nəqliyyatın hərəkətində problemlər yaranıb, bəzi avtomobillər yolda qalıb.
Ən çox Beşiktaş, Şişli, Fatih, Bakırköy, Kağıthane və Sultangazi rayonlarının zərər gördüyü bildirilir.
Güclü yağış İstanbulun Asiya hissəsinə də təsirini göstərib, Ümraniyə, Çəkməköy, Kadıköy, Beykoz və Üsküdarda küçələrin su altında qalmasına səbəb olub.


