ATƏT Bakının nəzərində tarixin tozlu səhifələrində yer almaq istəmirsə... MİNSK QRUPUNUN TALEYİNDƏN NƏTİCƏ ÇIXARMALIDIR
ŞƏRH

ATƏT oktyabrın 21-27-də Ermənistan hökumətinin dəvəti ilə bu ölkəyə ehtiyacların qiymətləndirilməsi adı ilə qrup göndərəcək. ATƏT-in missiya göndərməsi absurd addım olduğundan, bu, Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. Çünki bunun Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət etmədiyi gün kimi aydındır. 

 

Azərbaycan ictimaiyyətinin haqlı olaraq bu sual yaranıb: Əgər Avropa İttifaqı (Aİ) regiona missiya göndərirsə, ATƏT-ə nə ehtiyac var? Axı ATƏT 30 il münaqişənin “sülh yolu ilə həlli” prosesi ilə məşğul olub, lakin bir dəfə də olsun işğal olunmuş ərazilərə missiya göndərməyib. Onun fəaliyyəti yalnız 3 həmsədr və sədrin şəxsi nümayəndəsinin ezamiyyə pullarını bölüşdürməkdən və turist-qastrol səfərlərindən ibarət olub. Hər kəsə məlumdur ki, bu təşkilat ümumiyyətlə heç bir münaqişənin nizamlanmasına töhfə verməyib. 30 il Ermənistan-Azərbaycan münaqişəsi ilə "məşğul olublar”. Nəticəsi isə göz qabağındadır. Həmçinin 2014-cü ildən Ukraynadakı münaqişənin nizamlanması ilə də “məşğul olublar” və bu gün Şərqi Avropada savaş davam edir. 

 

Cənubi Qafqazda üçüncü tərəflərin mövcudluğu həmişə Ermənistanın maraqlarına uyğun olub. Çünki beləliklə, İrəvan həmin güclərin arxasına sığınaraq təxribatlarını davam etdirə bilir. İkinci bir tərəfdən isə qarşı tərəf məhz vasitəçilərin möcvudluğunu əsas götürərək Azərbaycanı işğalda ittiham etməyə, beynəlxalq ictimai rəyi çaşdırmağa çalışır. Ermənistanın tezislərinə görə, regionda vasitəçilərin, hansısa xüsusi missiyaların mövcudluğu konfliktin hələ bitmədiyini göstərir. Əslində isə münaqişə çoxdan həllini tapıb. Biz bunu beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan etmişik. 

 

ATƏT-ə gəldikdə isə bir daha deyirik ki, bu təşkilatın otuz il ərzində "nəyə qadir olduğunu" aydın görmüşük. Belə ki, ötən müddət ərzində Qarabağın problemin həlli ilə bağlı məsuliyyəti öz üzərinə götürən Minsk Qrupu ATƏT- in altqrupudur. Minsk Qrupu 30 il ərzində heç bir ciddi addım atmadı, əksinə, problemin uzanması üçün çalışdı. Nəticədə öz işimizi özümüz gördük. Bu mənada ATƏT-in Ermənistana yerləşəcək missiyasından hansısa nəticə gözləməyə dəyməz. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan da ATƏT-in üzvüdür. Deməli, bu təşkilat regionla bağlı hansısa qərar qəbul edərkən mütləq Azərbaycanla da məsləhətləşməli, bizim də mövqeyimizi nəzərə almalı idi. Amma belə olmadı. ATƏT hələ ki, rəsmi Bakıya müraciət etməyib. Bu isə sözügedən qurumun İrəvanın hamisi kimi çıxış etdiyinə dair əsaslı şübhələr yaradır. 


 Ümumiyyətlə, əvvəllər də dediyimiz tezisi bir daha xatırlatmaq yerinə düşür: biz Türkiyə istisna olmaqla, istənilən üçüncü qüvvənin proseslərə müdaxilə imkanının minimum olmasına çalışmalıyıq. Əks halda sabitlik, regional əməkdaşlıq təmin olunmayacaq. Çünki üçüncü qüvvələr proseslərə öz maraqları aspektindən yanaşırlar. Biz bunu dəfələrlə görmüşük.


Bu gün Azərbaycan təkcə regional yox, həm də beynəlxalq siyasi aktordur. Deməli, ATƏT bizə lazım olduğu kimi, biz də bu təşkilata gərəkliyik. Qərəzli, qeyri - obyektiv vasitəçilərin hansı taleyi yaşadığı Minsk Qrupunun timsalında ATƏT-ə yaxşı məlumdur.  Əgər ATƏT  Bakı üçün tarixin tozlu səhifələrində yer almaq istəmirsə, Minsk Qrupunun taleyindən nəticə çıxarmalıdır.

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.