Paşinyandan Ter-Petrosyana məsləhət: “SAKİTLƏŞ VƏ DİNC HƏYATDAN ZÖVQ AL”

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş prezident Levon Ter-Petrosyana "sakitləşməyi və Ermənistanda qurulmuş dinc həyatdan zövq almağı" məsləhət görüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Baş nazir bu məsləhəti sosial şəbəkələrdə yayıb.

 

Qeyd edək ki, Ter-Petrosyan Paşinyanı daxili siyasi vəziyyəti destabilizasiya etməkdə ittiham edib. Keçmiş prezidentin fikrincə, Paşinyanın siyasəti cəmiyyətin birləşməsinə deyil, parçalanmasına yönəlib.

 

Buna cavab olaraq N.Paşinyan onu "ən həlledici anlarda" siyasi məsuliyyətdən qaçmaqda günahlandırıb.

 

"1996-cı ildə siz seçki nəticələrindən, 1998-ci ildə hakimiyyətdən, 2008-ci ildə isə müxalifətdən qaçdınız. Başa düşürəm ki, indi də getmək istəyirsiniz, amma artıq qaçmağa yer yoxdur", - Ermənistanın Baş naziri vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.