Rusiya Baş nazirinin müavini ilə Paşinyan arasında
SƏRT SÖHBƏT...

Bir gün əvvəl Ermənistana gələn Rusiya baş nazirinin müavini Aleksey Overçuk Nikol Paşinyanla sərt danışıb.

 

Bu barədə Ermənistanın "Hraparak" qəzeti hökumətdəki mənbəyə istinadən yazıb.

 

Hakim dairələrdəki mənbələr qeyd ediblər ki, rəsmi Tehran kimi Moskva da Ermənistanın baş nazirinin vədlərinə inanmır. Bununla bağlı İrəvana xəbərdarlıq göndərilib: strateji əhəmiyyətli ərazilərdə gömrük nəzarətinin Ermənistan Respublikasının gömrük orqanları tərəfindən həyata keçirilməyəcəyi üzə çıxarsa, ölkənin Avrasiya İqtisadi İttifaqı (Aİİ) daxilində ciddi problemləri ola bilər.

 

Aİİ-nin prinsiplərinə görə, İttifaqın vahid gömrük ərazisindən keçən mallar vahid gömrük nəzarətindən keçməlidir. Bu arada "Tramp marşrutu" adlanan layihə Azərbaycan üçün Naxçıvana birbaşa ticarət çıxışı açır. Məlumdur ki, ABŞ bu yolu uzatmaq imkanı ilə 99 il müddətinə icarəyə götürmək niyyətindədir.

 

"Əgər bu dəhliz üzərində nəzarət Ermənistan gömrük orqanlarında qalmasa, Ermənistan Aİİ-nin əsas prinsiplərinin birtərəfli qaydada pozacaq. Beləliklə, Paşinyan seçim qarşısındadır: ya Ermənistanı Aİİ-dən çıxarmaq, ya da sanksiyalara məruz qalmaq, sonra isə çıxarılmaq", - deyə məqalədə bildirilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.