Şərqi Avropada "Cənubi Qafqaz ssenarisi": QƏRB UKRAYNADA NƏYƏ NAİL OLMAQ İSTƏYİR?
ŞƏRH - PROQNOZ

Rusiya müdafiə naziri Sergey Şoyqu Ukraynanın işğal olunmuş ərazilərdə “çirkli bomba”dan istifadə etdiyini bildirib. Ukrayna rəsmiləri bu iddiaları rədd ediblər. Həmçinin ABŞ dövlət katibi Entoni Blinken də bunu real hesab etmədiyini deyib. 

 

Son günlər Şoyqu ABŞ, Böyük Britaniya və Türkiyədən olan həmkarları ilə intensiv telefon danışıqları aparır. Çox güman, bu danışıqların əsas mövzusu məhz “çirkli bomba”dır. 

 

Ukraynanın sözügedən silahlardan istifadə etmədiyini kimsə əminliklə deyə bilməz. Bəlkə də, “çirkli bombaları” Kiyevə elə ABŞ və müttəfiqləri ötürürlər. Lakin daha real versiya başqadır: ola bilsin, Moskva artıq işinin çətinləşdiyini, məğlubiyyətə yaxınlaşdığını anlayır. Ona görə də “çirkli bomba” iddiası ilə təmaslar aparır, konsesusa cəhd edir. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə rusiyalı həmkarı Vladimir Putinin əvvəlkinə nisbətən indi  dialoqa daha açıq olduğunu bildirmişdi. 

 

Ukraynanın müdafiə naziri Oliksiy Reznikov işğal olunmuş ərazilərə monitorinq missiyasının göndərilməsini təklif edib. O, Kiyevin buna hazır olduğunu bildirib. İndiki halda ərazilərə beynəlxalq müşahidəçilərin göndərilməsi Qərbin və Ukraynanın maraqlarına uyğundur. Rusiya üçün isə bu, arzuolunan deyyil. Yəqin ki, Moskva monitorinq missiyasının işğal edilmiş ərazilərə gəlməsinə etiraz edəcək və bunun qarşısını almağa çalışacaq. 

Çox güman ki, işğal edilmiş ərazilərə monitorinq missiyasının yerləşməsi barədə təşəbbüslər, fikirlər davam edəcək. Yaxın gələcəkdə ayrı- ayrı Qərb liderlərindən, beynəlxalq təşkilat rəhbərlərindən də bu fikirləri eşitmək olar. 

 

Böyük ehtimalla, Reznikovun müşahidəçiləri əraziyə dəvət etməsi məhz Şoyqunun sözügedən iddiaları ilə bağlıdır. Ola bilsin, rəsmi Kiyev bu yolla ittihamların sadəcə böhtan olduğunu təsdiqləmək niyyətindədir. 

 

Lakin daha dərinə getsək, sözügedən missiyanın Ukraynaya yerləşməsi gələcəkdə bu ölkənin parçalanmasına zəmin yaratmaq təşəbbüsü də ola bilər. Doğrudur, missiyanın Ukraynaya gedib- getməyəcəyi və ya konkret olaraq harada yerləşəcəyi hələ ki, dəqiq açıqlanmayıb. Amma əgər bu baş tutarsa, Qərblə Rusiya arasındakı gərginlik daha da dərinləşəcək. 

 

Ukraynaya göndəriləcəyi təqdirdə missiyanın oradakı fəaliyyətinin nə qədər davam edəcəyi məlum deyil. Amma hiss olunur ki, Qərb Şərqi Avropada Cənubi Qafqaz ssenarisini təkrarlamaq istəyir. Bu ABŞ və müttəfiqlərinin regiondakı maraqları ilə bağlıdır. Və əgər belədirsə, deməli, gələcəkdə Ukraynanın parçalanması artıq utopiya deyil.

 

Kənan Novruzov, 

siyasi ekspert

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.