Rusiyada Azərbaycana qarşı növbəti təxribat
VİDEO

Rusiyanın “Rossiya24” telekanalında birtərəfli, anti-Azərbaycan və ermənipərəst təxribat xarakterli material yayılıb.


Oxu.az bildirir ki, oktyabrın 31-də Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü ərəfəsində jurnalist (belə demək mümkünsə) Nataliya Solovyova Rusiya ictimaiyyətinə tam qərəzli hesabat təqdim etmək qərarına gəlib.

 

O, Qərb-Vaşinqton layihəsinə görə Ermənistanın “Dağlıq Qarabağı” Azərbaycanın bir hissəsi kimi tanımalı olmasından gileylənir. Görünür, jurnalist Qarabağın heç bir “xüsusi statusu” olmayacağından çox narahatdır.

 

Ona xatırlatmaq istərdik ki, rəsmi Moskva Azərbaycan Respublikasının ərazi bütövlüyünü hər zaman tanıyıb, ancaq belə təəssürat yaranır ki, Rusiya mediası bundan tamamilə xəbərsizdir.

 

Ən qəzəb doğuran məqam isə odur ki, hansısa Solovyova efirdə “tanınmamış Qarabağ Respublikasının keçmiş prezidenti” Bako Saakyan kimi ifadələr işlədir, həmçinin nəinki bu separatçını təmsil edir, hətta onun “sitatlarını” da misal gətirir.

 

Təxribat xarakterli açıqlamalarının davamı olaraq Solovyova Qərbin Vaşinqtonun simasında öz “Qarabağ Azərbaycandır” şərtləri ilə sülh təklif etdiyini bildirir və başqalarının itkiləri ilə (yəni Ermənistan Qarabağsız qalır) hesablaşmayacağından şikayətlənir.

 

Xatırladaq ki, son vaxtlar Rusiyanın dövlət kanallarında bir neçə anti-Azərbaycan, təxribat xarakterli süjetlər və reportajlar nümayiş etdirilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.