
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və iş adamı Cared Kuşnerin İranla danışıqlar aparmaq üçün İslamabada səfərinin ləğvi hərbi əməliyyatların yenidən başlaması demək deyil.
ABŞ Prezidenti Donald Tramp bunu "Axios" portalına açıqlamasında deyib.
"Xeyr, bu o demək deyil. Biz hələ bu barədə (İrana qarşı hərbi əməliyyatların yenidən başlaması - red.) düşünməmişik", - Tramp məsələ ilə bağlı suala cavab verərkən deyib.
Bundan əvvəl Vaşinqton Administrasiyasının rəhbəri iranlı danışıqçılarla görüşmək üçün nümayəndələrinin İslamabada səfərini ləğv etdiyini bildirib.
Onun sözlərinə görə, bütün kartlar ABŞ-ın əlindədir və səfərlərə çox vaxt sərf olunur, halbuki İranla danışıqlar telefonla da aparıla bilər.