İstanbulun İstiqlal küçəsində baş verən partlayışda terror ehtimalı var.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfər etməzdən əvvəl İstanbul hava limanında keçirdiyi mətbuat konfransında deyib.
"Əminliklə bunun terror olduğunu desək, səhv ola bilər, amma ilkin araşdırmalar, valinin bizə verdiyi ilk məlumat göstərir ki, burada terror qoxusu var", - Ərdoğan deyib.
O, terror aktında bir qadının iştirak etməsi ehtimalının olduğunu da qeyd edib.