Macarıstan Ukrayna ordusuna təlim keçməyəcək və Aİ-nin müvafiq missiyasında iştirak etmək niyyətində deyil.
Eadaily.com nəşri bildirir ki, bunu noyabrın 14-də Aİ ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
“Biz Ukrayna hərbçilərinin təlimində iştirak etmirik və bu missiyaya heç bir maliyyə vəsaiti ayırmırıq”, - deyə o vurğulayıb.
Nazir xatırladıb ki, Macarıstan hələ oktyabrın 17-də Lüksemburqda keçirilən görüşdə belə bir missiyanın yaradılması haqqında prinsipial qərar qəbul edilən zaman bu məsələ ilə bağlı səsvermədə bitərəf qalıb.