Lavrovun Qərblə bağlı mesajları: RUSİYA GERİ ÇƏKİLİR?
ŞƏRH

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə TASS niformasiya agentliyinə müsahibə veribOQərblə münasibətlərdən danışıbNazir bildirib kiRusiya ilə ABŞ arasında normal münasibətlər hamının xeyrinədir

 

Lavrovun sözlərinə görə, hər iki dövlət fövqəlgüc kimi bəşəriyyətin taleyi üçün xüsusi məsuliyyət daşıyır: “Lakin Vaşinqton həmişəki kimi düşmən hərəkətlərini davam etdirir.Müxtəlif səviyyələrdə, o cümlədən ən yüksək səviyyələrdə dəfələrlə vurğulamışıq ki, biz konstruktiv dialoqdan çəkinmirik, lakin onun qurulması üçün şərait yaratmaq lazımdır. Bu görüşlər şou xətrinə keçirilməməlidir”.

 

Baş diplomat söyləyib ki, Moskva Vaşinqtonla həm Ukrayna kontekstində, həm də daha geniş, strateji səviyyədə təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır.

 

Məlum olduğu kimi, XX əsrdən bəri Rusiya ilə Qərb arasında gərginlik davam edir. İkinci Dünya savaşından sonrakı mərhələdə isə tərəflər arasındakı ziddiyətlərdə yeni mərhələ yarandı. Bu iki supergüc uzun  müddətdir bir-birini zəiflətməyə çalışır. Bunun üçün müxtəlif üsullardan, o cümlədən sərt və yumşaq gücdən istifadə olunur.

 

Bir çox ekspertlərin düşündüyü kimi, bu ilin fevralın ayının 24-də Şərqi Avropada başlayan müharibə Qərblə Rusiya arasında gərginliyin növbəti mərhələsi idi. ABŞ və müttəfiqləri əvvəlcə Ukraynada “bataqlıq” yaratdılar, sonra da Rusiyanı bu “bataqlığa” çəkdilər. Qərb dövlətlərinin Ukraynaya verdikləri dəstək, həmçinin Kremlə tətbiq etdikləri sanksiyalar nəticəsində tərəflər arasında gərginlik daha da artdı.  

Əlbəttə, ABŞ və müttəfiqləri Ukraynanı dəstəkləyirlər. Bu, Rusiyada da başa düşülür. Doğrudur, Qərbin dəstəyi onun ancaq öz maraqlarının təzahürüdür. Qərb istənilən vaxt Kiyevi yarı yolda qoya bilər. Buna baxmayaraq, məhz Qərbin dəstəyi nəticəsində Ukrayna 10 aydır ki, Rusiyanın işğalına tab gətirə bilir. 

 

Hələ müharibə başlamazdan əvvəl Rusiya rəsmiləri deyirdilər ki, “xüsusi hərbi əməliyyatı” üç günə bitirə və Kiyevə daxil ola bilərlər. Amma belə olmadı. Kreml arzulamadığı ssenari ilə rastlaşdı. 

 

Artan təzyiqlər nəticəsində, əlbəttə, şimal qonşumuzun işi getdikcə çətinləşir. Bu, bəlkə də, zahirən hiss olunmur. Amma daxildə çox ciddi proseslər gedir. Bu isə Moskvanın Vaşinqtonla danışıqlar ehtimalını artırır. 

 

İndiki halda müharibənin sona çatması Rusiyaya sərf edir. Çünki imkanları tükənir. Və Moskva yaxşı bilir ki, savaşın bitməsi üçün Kiyevlə yox, Vaşinqtonla danışıqlar aparılmalıdır. Lavrovun açıqlaması da bu konteksdən qiymətləndirilməlidir. 

 

İkinci bir tərəfdən, Lavrovun “bu görüşlər şou xətrinə keçirilməməlidir” ifadəsi təsadüfi deyil. O, bununla qarşı tərəfin qeyri-səmimi olduğunu və real danışıqlardan yayınmağa çalışdığını göstərmək istəyib. 

 

Nazirin “konstruktiv dialoq üçün şərait yaradılmalıdır” fikirləri isə ABŞ-a mesajdır. Kreml nümayəndəsi, yəqin, bununla demək istəyib ki, biz münasibətlərin normallaşmasında maraqlıyıq, amma əvvəlcə siz təzyiqləri dayandırmalısınız. 

 

Ağ Evin Lavrovun bu fikirlərinə müsbət cavab verəcəyi ağlabatan deyil. Daha doğrusu, ola bilsin, ABŞ rəsmiləri, o cümlədən dövlət katibi Entoni Blinken bu günlərdə desinlər ki, Rusiya xoş münasibətlər üçün əvvəl terrora son qoymalı, qoşunlarını Ukraynadan çıxarmalıdır. Hər halda ABŞ indiki fürsəti əldən vermək istəməz. Vaşinqton mümkün qədər Moskvanı sıxışdırmağı və onu öz şərtləri daxilində danışıqlar masasına oturtmağa çalışacaq. 

 

Kənan Novruzov,

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.