İsrailin gündəmi dəyişməsinə, Qəzzada vəhşiliyi gizlətməsinə icazə verilməməlidir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tanzaniya dövlət başçısı Samia Suluhu Hassan ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
“Bu həftə Qərb ölkələrinin İranın cavab tədbirlərinə qarşı vahid mövqedən çıxış etdiyini gördük. Həmin dövlətlərin indi də tək səs olaraq İsrailə “dayan” demələri gərəkdir”, - deyə Ərdoğan bildirib.