
UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda “Qarabağ” Bolqarıstanın MOİK (Sofiya) komandasını qəbul edib.
Senzor.az bildirir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə qapılara qol vurulmayıb - 0:0.
Komandalar arasında cavab qarşılaşması iyulun 30-da Sofiyada olacaq. Bu cütün qalibi "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək.
**11:34

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində ilk oyuna çıxacaq.
Senzor.az bildirir ki, Ağdam klubu Bolqarıstanın MOİK (Sofiya) komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçı italiyalı baş hakim Daniele Kiffi idarə edəcək.
Komandalar arasında cavab qarşılaşması iyulun 30-da Sofiyada olacaq. Bu cütün qalibi "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) duelinin güclüsü ilə üz-üzə gələcək.