Ermənistanın vitse-spikeri müraciət yaydı: “QAYTARILAN KƏNDLƏR BİZİM DEYİL!”

Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan özünün Facebook səhifəsində delimitasiya komissiyalarının dünənki görüşünü və işğal altındakı 4 kəndin Azərbaycana qaytarılmasını şərh edərək, müraciət yayıb.

 

Akop Arşakyan həmvətənlərinə müraciətində Ermənistanın kənd və ərazilərinin təslim edilməsi barədə iddiaların yalan olduğunu vurğulayıb və deyib ki, Azərbaycana qaytarılan kəndlər erməni yaşayış məntəqələri deyil: “Bu barədə hər hansı bir söhbət açıq-aşkar yalandır. Hiyləgərlərə və yalançılara inanmayın, onların yolunu, bəyan etdikləri dəyərləri, əkdiklərini və meyvələrini xatırlayın. Biz çətin yoldan birlikdə keçirik və heç bir maneə keçilməz deyil. Ona görə də biz dövlətçiliyimizin bu çətin dövrlərindən sakit şəkildə birlikdə keçəcəyik, xalqımızın təhlükəsizliyi və dövlətin inkişafı naminə uzunmüddətli sülhü qurmağa çalışacağıq”.

 

Modern.az xatırladır ki, dünən Ermənistan və Azərbaycan sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryanın və Şahin Mustafayevin sədrliyi ilə iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların səkkizinci iclası keçirilib.

 

Görüşün yekunlarına dair protokol imzalanıb. Tərəflər növbəti görüşün tarixi və yeri barədə razılığa gəliblər. Görüşün yekunlarına əsasən, delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. 

 

Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılsın və imzalansın.

 

Ermənistanda müxalifət dairələri və revanşistlər bu vəziyyətdən su-i istifadə edərək, əhalini hakimiyyətin üstünə qaldırmağa çalışırlar. Revanşistlər iddia edirlər ki, hakimiyyət guya erməni kəndlərini Azərbaycana təhvil verir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.