ABŞ Nümayəndələr Palatasının Kiyevə hərbi yardım haqqında qanun layihəsini təsdiqləməsi Ukraynanı daha da pis vəziyyətə salacaq.
Senzor.az bildirir ki, bunu TASS-a açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ukraynaya yardım göstərmək qərarı gözlənilən idi və bu, Amerika Birləşmiş Ştatlarını daha da zənginləşdirəcək və Ukraynanı daha da viran qoyacaq, Kiyev rejiminin günahı üzündən daha çox ukraynalının ölümünə səbəb olacaq”, – o deyib.
D.Peskov həmçinin bildirib ki, Rusiya aktivlərinin müsadirəsi ABŞ-ın imicinə ziyan vuracaq və Vaşinqton buna görə cavab verəcək.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukraynaya 61 milyard dollarlıq yardım haqqında qanun təsdiqlənib. Palata həm də Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məqsədilə müsadirə edilməsi barədə qanun layihəsini təsdiqləyib.