Suriya Prezidenti Bəşər Əsəd bildirib ki, hazırda Qərbdə dialoq aparmaq istədiyi və ya maraqlı olacağı bir siyasətçi yoxdur. Onun fikrincə, onların heç birinə dövlət xadimi demək olmaz.
B.Əsəd bunları Rusiyanın Birinci Kanalında yayımlanan “Qlobal Çoxluq” proqramına müsahibəsində deyib.
"Müasir siyasətçilər artıq strateji düşünmürlər. Qarşılarına qoyulan cari problemləri həll edirlər. Və artıq öz sözlərinə görə məsuliyyət daşımırlar. İstənilən razılaşma ertəsi gün ləğv edilə bilər. Yuxarıda deyilənlərə görə, qətiyyətlə deyə bilərəm ki, hazırda Qərbdə dialoq aparmaq istədiyim və ya maraqlı olacağım bir siyasətçi yoxdur”, - deyə o vurğulayıb.
“İndi Qərbdə ABŞ Prezidenti Ronald Reyqan və Böyük Britaniyanın Baş naziri Marqaret Tetçer dövründən indiyədək dövlət xadimi adlandırıla biləcək bir siyasətçi yoxdur, onlar yoxa çıxıblar”, - deyə Suriya lideri əlavə edib.(APA)