Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərin geri qayıtmasını real hesab etmir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə hökumət başçısı britaniyalı jurnalistlərə müsahibəsində deyib.
“İndiki vəziyyətdə Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmirəm”, – Ermənistan lideri vurğulayıb.
Eyni zamanda, Paşinyan ölkəsinin Qarabağda müharibə aparmaq niyyəti olmadığını diqqətə çatdırıb: “Ermənistanın 29 743 kvadrat kilometr ərazisindən kənarda suverenliyi yoxdur və Qarabağ uğrunda müharibə aparmaq niyyətində deyil”.