Yunanıstan Ukraynaya “Patriot” sistemləri verməkdən imtina etdi

Yunanıstan Ukraynaya nə S-300, nə də “Patriot” vermək niyyətindədir.

 

Bunu ölkənin Baş naziri Kiriakos Mitsotakis “Iefimerida”ya müsahibəsində deyib.

 

Siyasətçinin sözlərinə görə, Yunanıstana bu silahlar barədə sorğu göndərilib və yetkililər onları niyə verə bilmədiklərini izah ediblər: “Yunanıstan Ukraynanı müxtəlif yollarla, müdafiə materialları ilə dəstəkləyib. Lakin biz ilk andan dedik ki, bizim çəkindirmə imkanlarımız üçün kritik olan silah sistemlərindən vaz keçə bilmərik.

 

Bizim Ukraynaya dəstək verə biləcəyimiz artıq material var, biz bunu etdik və hesab edirəm ki, bu, düzgün seçimdir. Əgər belə material tapa bilsək, bunu davam etdirəcəyik.

 

Ancaq qeyd etdiyiniz hava hücumundan müdafiə sistemləri Yunanıstanın hava məkanını qorumaq üçün vacibdir və Ukraynaya verilməyəcək”.

 

“Report” xatırladır ki, daha əvvəl “Financial Times” Yunanıstan və İspaniyanın Ukraynanı əlavə hava hücumundan müdafiə sistemləri ilə təmin etmək üçün Aİ və NATO müttəfiqlərinin güclü təzyiqi altında olduğunu bildirmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.