Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfəri həqiqətən də təxirə salınıb.
Senzor.az bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin müşaviri Öncü Keçeli məlumat verib.
Məlumata əsasən, qrafiklərin uyğunsuzluğu səbəbindən təxirə salınan səfər hər iki tərəf üçün əlverişli olacaq tarixdə reallaşacaq.
Müşavir Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoqun davam edəcəyini deyib.
**22:28(26.04.2024)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərini təxirə salıb.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Səfərin ləğv edilməsinin səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, ABŞ və Türkiyə rəsmiləri mart ayında iki ölkə liderlərinin mayın 9-da Ağ Evdə görüşəcəyini açıqlamışdılar.