Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçiriləcək görüşünü alqışlayırıq - RUSİYA XİN

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşünü alqışlayır.


Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə “BakuTV”nin sualını cavablandırarkən deyib.


“Mayın 10-da baş tutacaq bu görüşü alqışlayırıq. Rusiya Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin təşviqi üçün yardım göstərməyə davam etməyə hazırdır. Xatırladaq ki, aprelin 22-də Moskvada Rusiya və Azərbaycan prezidentləri arasında danışıqlar aparılıb və bu gün Rusiya lideri ilə Ermənistanın baş naziri arasında görüş olacaq. Bu danışıqların gündəliyində Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələləri var”, - o vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.