Daxili İşlər Nazirliyi (DİN) ölkə vətəndaşlarına, o cümlədən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
Senzor.az bildirir ki, bununla bağlı Nazirlik sosial çarx hazırlayıb.
Xəbərdarlıqda deyilir: "Kibertəhlükələr gündən-günə artmaqdadır. Vətəndaşlar kütləvi dələduzluğa məruz qalır. Təhlükə var. Qaçılmaz deyil. Hər bir vətəndaş diqqətli olmalıdır. İnanmayın, yalandır. Yalan vədlər sosial şəbəkələrdə tüğyan edir. Zərərçəkməmək üçün çağırışlara biganə yanaşmayın".