Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərinin niyə baş tutmamasına aydınlıq gətirib.
“Bizim ABŞ-a səfərimiz iki tərəfin uyğun olmayan qrafikləri səbəbindən təxirə salındı. Bildiyiniz kimi, tezliklə ABŞ-da seçki keçiriləcək və cənab Baydenin qrafiki daha da gərginləşib. Belə səfərlər hər iki tərəf üçün əlverişli vaxtda baş verir”, - Türkiyə Prezidenti Ərdoğan Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində bildirib.
Qeyd edək ki, Ərdoğanın Vaşinqtona səfəri mayın 9-na planlaşdırılmışdı. Amma aprelin 26-da “Haber Global” telekanalı ABŞ-dan olan rəsmiyə istinadən Türkiyə liderinin iş qrafikindəki dəyişikliklərlə əlaqədar səfərin ləğv edildiyini bildirdi.