Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırdı

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası fəaliyyətini dayandırıb.

 

Senzor.az bildirir ki, bu barədə partiyanın sədri Qubad İbadoğlunun qardaşı Qabil Toğrul Facebook hesabında paylaşım edib.

 

O bildirib ki, ötən gün ADR İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun 4.7.-ci maddəsinin tələblərinin nəzərə alınması barədə qərar qəbul edilib.

 

Sözügedən qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. 

 

Qeyd olunur ki, bununla əlaqədar olaraq Partiyanın sədri Qubad İbadoğlu hələ 12 yanvar 2023-cü il tarixdə   partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamış və məsuliyyəti öz üzərində saxlamışdı. 

 

Hazırda ADR-in fəaliyyətinin “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun tənzimlənməsi məcburiyyətini nəzərə alan İdarə Heyəti üzvləri  qeydiyyata alınmadığına görə ADR-in fəaliyyətini dayandırmağa qərar verib, Qubad İbadoğlu isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki bərpası (reqresi) mümkün olmayan problemlər səbəbindən siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.