Qalstanyan erməniləri üsyana çağırır
“MÖVCUD HAKİMİYYƏT BAŞQA YOL QOYMADI...”

Delimitasiya komissiyalarının iclasının nəticələri Ermənistanın hazırkı hökumətinin tezliklə hakimiyyətdən uzaqlaşdırılmasından başqa yol qoymadı.

 

Senzor.az bildirir ki, bunu Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, "Vətən naminə Tavuş" hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan əhaliyə müraciətində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mqer Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə delimitasiya Komissiyasının bəyanatını şərh edərkən deyib.

 

"Görüşün nəticələri və imzalanmış Protokol göstərir ki, hakimiyyət öz cinayət yolundan geri çəkilməyib. Üstəlik, bütün bunlar xalqın və dövlətin hesabına baş verir", - Qalstanyan bildirib.

 

O qeyd edib ki, mütəxəssislərin təqdim etdiyi çoxsaylı hüquqi və qanunvericilik əsaslandırmaları, qeydə alınmış faktlar, habelə vətəndaşların narazılığı Ermənistan rəhbərliyinə təsir etməyib.

 

Qalstanyan hakimiyyəti Konstitusiyanın, məntiqin və əxlaqın bütün normalarını pozmaqda günahlandırıb.

 

“Mövcud hökuməti və onun yaratdığı qanunsuzluqları tez bir zamanda aradan götürüb yeni həyat qurmaq lazımdır”. - Qalstanyan deyib.

 

O, hakimiyyətin başqa yol qoymadığı üçün yaxın vaxtlarda fəaliyyət planını təqdim edəcəyini də vurğulayıb.

 

Senzor.az






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.