Zurabişvili: Gürcüstanda siyasi vəziyyəti dəyişməyin yeganə yolu seçkidən keçir

“Gürcüstanda yaranmış gərgin siyasi vəziyyəti dəyişməyin yeganə yolu seçkidən keçir”


“1tv.ge” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili yerli mətbuata deyib.


O vurğulayıb ki, hökumətin təqdim etdiyi xarici agentlərlə bağlı qanuna mütləq şəkildə veto qoyacaq.


Zurabişvilinin sözlərinə görə, 30 il ərzində ölkəsinə dəstək göstərən qüvvələri agent adlandırmaq ölkənin Avropa İttifaqına yolunu bağlayır və heç bir məntiqə sığmır:


"“Gürcü arzusu” partiyasının xarici agentlərlə bağlı təqdim etdiyi layihə dost Avropa ilə münasibətlərimizə ciddi xələl gətirir. Bu qanuna sərf etdiyimiz vaxtı daha səmərəli işlərə ayıra bilərik. Ölkədə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyə yalnız seçki qadirdir. Avropa İttifaqı rəsmiləri təkcə küçələrə çıxan deyil, həm də seçkiyə gedən əhalinin səsini eşitməlidir. Mən qanuna veto qoysam da, bu simvolik xarakter daşıyacaq və hökumət vetonu adlayıb sənədi qəbul etdirəcək”.


Xatırladaq ki, Gürcüstan parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.