Vladimir Putin qlobal auditoriya baxımından bu gün dünyanın ən hörmətli lideridir.
Bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib.
Onun sözlərinə görə, Rusiya bu gün dünya səhnəsində əsas oyunçudur: "Çin, Hindistan kimi digər güclərlə birləşdi. Qlobal cənubun əksəriyyəti Moskvanı dəstəkləyir. Rusiya BRİKS-in əsas üzvlərindən biridir. Bu il oktyabrda Kazanda keçiriləcək BRİKS sammiti bütün dünyanı şoka salacaq".
Keçmiş kəşfiyyatçı onu da qeyd edib ki, səfərləri zamanı xarici işlər naziri Sergey Lavrov həmişə hörmətlə qarşılanır: "İnsanlar onu dinləmək istəyirlər, çünki Rusiya dünya səhnəsində önəmli oyunçudur".