“Əgər Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalansa, bu, təkcə iki ölkəyə deyil, bütün regiona müsbət təsir göstərəcək”.
Bunu Türkiyə Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Milli Müdafiə Komissiyası sədrlərinin 1-ci toplantısında çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
O, Ermənistanın işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılması və mayın 11-də Qazaxıstanın Almatı şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən görüşün müsbət hal olduğunu da qeyd edib.