Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın mərhum Prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etmək üçün İrana səfər edəcəyi barədə məlumat doğru deyil.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının bəyanatında belə deyilir.
Qeyd edək ki, mayın 22-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn mərasiminə qatılmaq üçün Məşhədə gedəcəyini açıqlamışdı.
Səfərlə bağlı Türkiyə mediasında dərc edilən xəbərlər səhifələrdən silinib.
**21:27 (22.05.2024)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn mərasiminə qatılacaq.
Senzor.az bildirir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imamı Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və daha 5 nəfər 19 mayda baş verən helikopter qəzasında həlak olublar.