Serbiya Prezidenti BMT BA-ya ölkəsinin bayrağına bürünərək gəldi

Serbiya Prezidenti Aleksandar Vuçiç BMT Baş Assambleyasının (BA) Srebrenitsa ilə bağlı qətnaməsinə etiraz olaraq qurumun iclasına ölkə bayrağına bürünərək qatılıb.

 

TASS bildirir ki, BMT-nin təhlükəsizlik rəsmiləri Vuçiçdən çiynindəki bayrağı götürməsini tələb ediblər, lakin o, bu tələbləri rədd edib.

 

"Dünyada heç kim mənim bayrağımı əlimdən ala bilməz", - deyə Prezident bildirib.

 

Səsvermənin nəticələrinə əsasən, BMT Baş Assambleyası Srebrenitsa qətliamını soyqırımı kimi tanıyıb. Səsvermədə 84 ölkə qətnamə layihəsinin lehinə, 19 ölkə əleyhinə səs verib, 68 ölkə isə bitərəf qalıb.

 

Qeyd edək ki, 1995-ci ildə iyulun 11-16-da serb general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz olunmuş Serbiya ordusu Bosniya-Hersoqovinanın Srebrenitsa şəhərində 8 min 372 bosniyalı müsəlmanı-boşnakı qətlə yetirib. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib. Serbiya ordusu ilə yanaşı, "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də soyqırımın törədilməsində iştirak edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.