Jurnalist Evan Gerşkoviçin Rusiya həbsxanasından azad edilməsi üçün Prezident Vladimir Putinlə münasibətimdən istifadə edəcəm.
Bunu ABŞ-ın sabiq prezidenti, 5 noyabrda keçiriləcək prezident seçkilərində namizəd Donald Tramp deyib.
“Rusiyanın əlində olan “Voll Strit Jurnal”ın müxbiri Evan Gerşkoviç seçkidən dərhal sonra, lakin mən vəzifəyə başlamazdan əvvəl azad ediləcək”, - Tramp özünün sosial şəbəkəsində yazıb.
O bildirib ki, Vladimir Putin bunu onun üçün edəcək, başqası üçün deyil.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü ABŞ vətəndaşı Gerşkoviçin saxlanması barədə 2023-cü il martın 29-da Rusiya Federasiyası FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. Jurnalist casusluqda ittiham olunub.