Gürcüstan parlamenti ABŞ-ın planlaşdırdığı sanksiyalara baxmayaraq, Prezidentin vetosunu ləğv edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Tbilisi meri və hakim "Gürcü Arzusu" Partiyasının baş katibi Kaxa Kaladze deyib.
“Strateji partnyorumuzun - ABŞ-ın sanksiyalar tətbiq etməsini təsəvvürə gətirmək mümkün deyil. Çünki ölkə xalqının qanuni seçdiyi parlament şəffaflıq haqqında qanun qəbul edir. Gürcüstanın suverenliyi, dövlətçiliyimiz hər bir gürcü üçün çox vacibdir. Ona görə də bu veto ləğv ediləcək”, - K. Kaladze bildirib.
Onun sözlərinə görə, Gürcüstanla ABŞ arasında son zamanlar yaranmış münasibətlərin yenidən qurulmasına ehtiyac var.