Rusiya ərazisinə terror hücumları planlaşdıranlar səhv hesablama aparıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin Sərhəd Mühafizəsi Günü münasibətilə təbrikində deyib.
O qeyd edib ki, muzdlu, satqın dəstələri və düşmən təxribat qrupları tərəfindən dəfələrlə Rusiya ərazisinə soxulmaq cəhdlərinin qarşısı əsasən sərhədçilərin qətiyyəti sayəsində alınıb: "Torpaqlarımıza terror basqınlarını planlaşdıranlar səhv hesablayıblar və sərt şəkildə də cavab alıblar".