Fransa Əczaçıları Həmkarlar Təşkilatları Birliyi və Fransa Farmaseptlərinin Həmkarlar Təşkilatları Federasiyası mayın 30-da tətil keçirəcəkləri ilə bağlı bildiriş yayıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, həmin gün ölkədə apteklər işləməyəcək. Aksiyaya tibb bacıları da qoşulacaqlar.
Aksiyada məqsəd hökumətin diqqətini əczaçılıq sahəsindəki problemlərə, xüsusən də dərman çatışmazlığına yönəltməkdir. Təşkilatçılar bildirirlər ki, təkcə yanvar ayında maliyyə çətinliklərinə görə 36 aptek bağlanıb. Vəziyyət belə davam edərsə, 25 minədək əczaçı işini itirəcək. Farmakoloji sahədə təhsildə də islahatlar zəruridir.