İran helikopter qəzasında təxribat variantını istisna etdi - BAŞ QƏRARGAH DAHA BİR HESABAT YAYDI

İran Prezidenti İbrahim Rəisinin helikopterinin təxribat əməliyyatları nəticəsində partladılması ilə bağlı fərziyyə istisna edilir.

 

Senzor.az bildirir ki, İran Silahlı Qüvvələri Baş Qərargahının 19 mayda baş verən helikopter qəzası ilə bağlı təhqiqatının ikinci hesabatında belə deyilir.

 

“Helikopterin parçaları arasındakı məsafəyə və onların səpələnmə üsuluna əsasən, uçuş zamanı və ya təpənin yamacına dəyməyə bir neçə saniyə qalmış təxribat nəticəsində partlayışın baş verməsi ehtimalı istisna edilir”, - hesabatda vurğulanıb.

 

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və daha 5 nəfər 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olublar.

 

Məlumata görə, helikopterin ekipajı sonuncu dəfə qəzadan 69 saniyə əvvəl əlaqə saxlayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.