Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD - European Bank for Reconstruction and Development) 2023-cü ilin yekunlarına dair Ermənistanda, İrəvanda beynəlxalq tədbir keçirib. “Bank Respublika” EBRD-nin mükafatlarından birinə laiq görülüb və Bankın nümayəndəsi İrəvanda mükafatı qəbul edib, Azərbaycan bankının adı böyük ekranda yazılıb, alqışlanıb.
Bunları iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, bunu yaxşı xəbər kimi qarşılayıb və ölkələr arasında münasibətlərin tənzimlənməli olduğunu, qarşılıqlı səfərlərin, müzakirələrin, görüşlərin vacibliyini vurğulayıb: “Bölgəmizdə dayanıqlı sülh üçün unikal şərait yetişib – fürsəti qaçırmaq olmaz. Hələ də sülhə mane olanlar var, Şimaldan, Qərbdən, Cənubdan müdaxilə cəhdləri səngimir – elə rusların Xankəndidə konsulluq açmaq cəhdləri də bu qəbildəndir”.