Tramp Ukraynanı qurban verəcək?
ZELENSKİ NARAHATDIR

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynanın hesabına müharibəni bitirməyə razılaşacaq və bununla da Amerikanın zəifliyini göstərəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

"Təsəvvür edək ki, Tramp prezident oldu və müharibəni Ukraynanın hesabına bitirmək qərarına gəldi. Misal üçün, birtəhər dialoqda Putindən təsdiq aldı ki, bu müharibə dayanmalıdır. Ukraynalılar buna dözməyəcəklər, amma o, sonra deyə bilər ki, Ukraynaya heç bir dəstək vermir. ABŞ-ın yeni prezidenti bütün dünya üçün kim olacaq? Başa düşmürəm, o, həqiqətənmi məğlub prezident olmaq istəyir?” - Zelenski vurğulayıb.

 

Zelenskinin sözlərinə görə, o zaman ABŞ-ın təsiri institusionallıq baxımından sıfır olacaq. Amerika “böyük oyunçu” olmaqdan çıxacaq. Nəticədə meydana digər ölkələrin liderləri girəcək və bu, Üçüncü Dünya müharibəsinin başlamasına səbəb olacaq.

 

Xatırladaq ki, Tramp yenidən seçiləcəyi təqdirdə cəmi 24 saat ərzində Rusiya ilə Ukrayna arasında münaqişənin həllinə nail olacağını bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.