Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları və KİV-ləri xüsusi reyestrdə qeydiyyatdan keçməyə və illik maliyyə bəyannaməsini doldurmağa məcbur edən qanun layihəsini imzalayıb.
Senzor.az bildirir ki, Gürcüstan KİV- məlumat yayıb.
“Bu gün mən “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzaladım, qanunun əsas məqsədi xarici təsirlərə münasibətdə siyasi, iqtisadi və sosial sistemlərin sabitliyini gücləndirməkdir”, - deyə Papuaşvili mətbuat konfransında bəyan edib.
Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri illik (qeyri-kommersiya) gəlirlərinin 20%-dən çoxu xaricdən maliyyələşən vəsait hesabına yaranarsa, xarici dövlətin maraqlarını müdafiə edən təşkilatların reyestrində qeydiyyatdan keçməlidirlər.
Hüquqi şəxs 2023-cü il üçün gəlirlərinə görə bu tələblərə cavab verirsə, o zaman bir ay ərzində reyestrdə qeydiyyata alınmalıdır.
Qeydiyyatdan imtina və ya bəyannamənin müəyyən edilmiş müddətdə doldurulmaması 25 min lari məbləğində cərimə ilə nəticələnəcək.
Qanuna əsasən, Gürcüstan Ədliyyə Nazirliyinin səlahiyyətli şəxsi xarici qüvvənin maraqlarını həyata keçirən təşkilatları müəyyən etmək və ya qanunun tələblərinin yerinə yetirilməsini yoxlamaq üçün distant monitorinq aparmaq hüququna malikdir.
Monitorinqi həyata keçirmək üçün Ədliyyə Nazirliyinin səlahiyyətli şəxsi, dövlət sirri istisna olmaqla, şəxsi məlumatları və sirri ehtiva edən məlumatları toplamaq hüququ əldə edir.
Qeyd edək ki, sənəd hakim "Gürcü Arzusu" partiyası tərəfindən təklif edilib. Parlamentin hər üç oxunuşunda səsə qoyularaq qəbul edilib.
Senzor.az