Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində “QHT İşi” ilə bağlı başladılan istintaqa daha bir məşhur şəxs cəlb olunub.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bu, ABŞ-ın German Marshall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlidir.
Məlumatda bildirilir ki, cinayət məsuliyyətinə cəlb olunan Mehriban Rəhimli istantaq müddəti üçün polis nəzarətinə verilib.
Xatırladaq ki, bundan əvvəl bir sıra tanınmış şəxslər bu iş çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib və onlarla QHT rəhbəri istintaqa dəvət edilib.